Filippində silahlılar Vyetnam gəmisinə hücum edərək 7 nəfəri oğurlayıb

21-02-2017, 08:48           
Filippində silahlılar Vyetnam gəmisinə hücum edərək 7 nəfəri oğurlayıb
Filippinin Sahil Mühafizəsi ölkənin cənubunda, Sulu hövzəsində silahlı şəxslərin Vyetnam gəmisinə hücum etdiyini bildirib.
"Report"un məlumatına görə, bu barədə "Sinxua" agentliyi xəbər verib.
Məlumata görə, hücum nəticəsində 1 Vyetnam dənizçisi öldürülüb, daha 7 nəfər oğurlanıb. Filippinin Sahil Mühafizəsinin rəsmi təmsilçisi hücumun yerli vaxtla saat 19:00-da baş verdiyini bildirib. O, qeyd edib ki, hücum zamanı gəmidə 25 dənizçi olub.
Xəbərdə bildirilir ki, Filippinin Sahil Mühafizəsi Vyetnamın Sahil Mühafizəsindən insident haqqında məlumat aldıqdan sonra əraziyə ölkənin Hərbi Dəniz Qüvvələri və polis göndərib.
Xilasetmə əməliyyatı zamanı girov götürülmüş 17 dənizçi geri qaytarılıb, 1 nəfər ölüb. Dənizçilərdən 7-i isə silahlılar tərəfindən girov götürülüb.
İnsidentə görə məsuliyyəti hələlik heç bir təşkilat üzərinə götürməyib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.