Avstraliyada təyyarənin ticarət mərkəzinə düşməsi nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB

21-02-2017, 08:50           
Avstraliyada təyyarənin ticarət mərkəzinə düşməsi nəticəsində 5 nəfər ölüb - YENİLƏNİB
Avstraliyada yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində 5 nəfər ölüb.
"Report" xarici mətbuata istinadən xəbər verir ki, "Beechcraft King Air 200" təyyarəsinin Melburn yaxınlığındakı Essendon şəhəri aeroportu yaxınlığında "DFO" ticarət mərkəzinin damına çırpılması nəticəsində onun göyərtəsindəki pilotun və sərnişinlərin hamısı ölüb.
Şahidlərin sözlərinə görə, təyyarə zərbədən partlayıb.
Qeyd edək ki, Viktoriya ştatının polis nümayəndəsi təyyarədə 5 nəfərin olduğunu təsdiqləyib.


***03:17
Avstraliyada yüngülmühərrikli təyyarə qəzaya uğrayıb.
"Report"un məlumatına görə, bu barədə "Reuters" agentliyi yerli polisə məlumat yayıb.
Məlumata görə, hadisə Melburn yaxınlığında baş verib. Qəzaya uğramış təyyarə ticarət mərkəzinə düşüb.
"Bizdə tələfat barəsində məlumat yoxdur" – deyə polis bildirib. Yerli mətbuatın xəbərində isə bildirilir ki, 5 nəfərlik təyyarənin qəzaya uğradığı əraziyə yanğınsöndürənlər gəlib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru