İsveçdə miqrantlar kütləvi iğtişaşlar törədib

21-02-2017, 08:52           

İsveçin Stokholm şəhəri yaxınlığında, Rinkebü rayonunda miqrantlar kütləvi iğtişaşlar törədib.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, kütləni dağıtmaq üçün polis havaya xəbərdarlıq atəşi açıb, buna cavab olaraq etirazçılar polisi daş qalaq edib.

İlkin versiyaya əsasən, iğtişaşlara səbəb axtarışda olan miqrantın saxlanılması olub. Buna etiraz edən miqrantlar 10-a yaxın avtomobili yandırıb.

Qeyd edək ki, ötən il sonunda Parisdə və Madriddə miqrantların iştirakı ilə kütləvi iğtişaşlar baş verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru