ABŞ Suriya müxalifətinə hərbi yardım proqramını dayandırıb

21-02-2017, 20:34           
ABŞ Suriya müxalifətinə hərbi yardım proqramını dayandırıb
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən əlaqələndirilən Suriyadakı silahlı qruplaşmalara hərbi yardım proqramını dayandırıb.

SalamNews-un verdiyi xəbərə görə, bu barədə “Reuters” agentliyi müxalif qruplar arasındakı mənbələrə istinadla məlumat yayıb.

"Proqram yanvar ayında ekstremistlər tərəfindən törədilən hücumdan sonra dondurulub. Lakin proqrama yenidən baxıldıqdan sonra bərpa ediləcək", - deyə müxalifət nümayəndələrinin məlumatında deyilir.

Adı açıqlanmayan amerikalı rəsmi isə Suriya müxalifətinə yardımın dayandırılmasının ABŞ administrasiyasının dəyişməsi və Prezident Donald Trampın hakimiyyətə gəlməsi ilə əlaqəli olmadığını bildirib. Mənbə bu addımın atılmasına ekstremistlər tərəfindən törədilmiş hücumun səbəb olduğunu təsdiqləyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru