Çindən ABŞ-a “ticarət müharibəsi” xəbərdarlığı

21-02-2017, 22:11           

Çin ABŞ-la yaşanacaq bir “ticarət savaşından” hər iki tərəfin zərər görəcəyi barədə xəbərdarlıq edib. Çinin Ticarət naziri Qao Hyuçınq paytaxt Pekində keçirdiyi mətbuat konfransında ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan məhsullara vergilərin artırılması ilə bağlı açıqlamasına cavab olaraq deyib: “Ticarət savaşı ifadələri bir variant olmamalıdır”. O, “müzakirə və dialoq yolu ilə fikir ayrılıqlarını həll etmək üçün birgə səy göstərmək lazım olduğunu” bildirib. Məlum olduğu kimi, Tramp seçki kampaniyası zamanı Çindən idxal edilən məhsullara 40%-ə qədər vergi artımı vəd etmişdi. Pekin rəhbərliyinə “pul vahidi yuenin manipulyasiyası ilə qlobal ticarətdə haqsız rəqabət təmin etmək” ittihamı irəli sürən Tramp, bu məsələdə Çinə sanksiya tətbiq etmək sözü vermişdi.

azadliq.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru