Suriyada 4 rus hərbçi öldürüldü 21-02-2017, 22:44 Suriyada intihar hücumu zamanı 4 rusiyalı hərbçi həlak olub. Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, bununla bağlı Rusiya Müdafiə Nazirliyi məlumat yayıb. Məlumatda hücumun Hums şəhəri yaxınlığında baş verdiyi bildirilib. Hadisə zamanı daha 2 rus əsgəri xəsarət alıb.Hələlik hücuma görə məsuliyyəti heç bir qruplaşma üzərinə götürməyib. Facebook-da paylaş