Tailanda 9-cu mərtəbədən yıxılan alman turist sağ qalıb

22-02-2017, 09:16           

Tailandın Patayya kurort bölgəsində Almaniyadan gəlmiş turist 9-cu mərtəbədən yıxılaraq sağ qalıb.

APA-nın “Phuket Gazette”yə istinadən verdiyi xəbərə görə, 53 yaşlı turist barın yerləşdiyi otelin damından yıxılıb. Turistin binaya bitişik kafenin damına düşməsi onun sağ qalmasına səbəb olub. İnsident nəticəsində alman turistin qolu sınıb. O həmçinin bir neçə kiçik zədə alıb. Onun vəziyyətini stabil olduğu bildirilir. Məlumata görə, fevralın 12-dən oteldə yaşayan turist hər gün xeyli miqdarda spirtli içki qəbul edirmiş.

Polis hadisənin səbəblərini araşdırır .












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru