Kim Çen Namın ölümü ilə bağlı gözlənilməz şübhəli

22-02-2017, 14:13           
Kim Çen Namın ölümü ilə bağlı gözlənilməz şübhəli
Malaziya polisi KXDR lideri Kim Çen Inın qardaşı Kim Çen Namın ölümünda Şimali Koreyanın səfirliyinin əməkdaşını şübhəli bilir. Polis rəisin Xalid Əbu Bəkrin sözlərinə görə, şübhəli səfirlikdə ikinci katib vəzifəsində çalışır. FaktXəbər-in verdiyi məlumata görə, bu barədə Röyters xəbər yayıb.

Bununla belə, vurğulanır ki, şübhəli saxlanılmayıb. Yaxın günlərdə o, istintaqa çağrılacaq.

Digər şübhəli Şimali Koreya aviakompaniyası Air Koryo-nun əməkdaşıdır. O da ifadə vermək üçün dəvət olunub.

Xatırladaq ki, fevralın 14-də Kuala Lumpur aeroportunda Şimali Koreya liderinin ögey qardaşı öldürülüb. Ona qarşı sui-qəsdin müxtəlif versiyaları var. Lakin heç biri barədə rəsmi məlumat verilməyib.

Ötən həftə Kim Çen Namın ömrünün son anları barədə kadrlar yayımlanmışdı.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru