“Vaşinqton səfir Çurkinin cəsədinin ekspertizası barədə məlumatları sızdırıb” - Rusiya XİN

22-02-2017, 21:24           
“Vaşinqton səfir Çurkinin cəsədinin ekspertizası barədə məlumatları sızdırıb” - Rusiya XİN
Moskva Rusiyanın BMT-ki daimi nümayəndəsi Vitali Çurkinin ölümünün səbəbinin araşdırılması barədə mətbuata sızan məlumatlardan çaşqındır. Bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova bildirib. O qeyd edib ki, Moskva Vaşinqtonu bu cür informasiyanı yalnız rəsmi kanallarla verməyə çağırır.

“Dünən axşam çaşqınlıqla rusiyalı diplomatın öümünün səbəbinin ekspertizası ilə bağlı ABŞ KİV-lərinə məlumat sıdığını bildik”, deyə Zaxarova bildirib. Bundan əvvəl verilən məlumatlara görə, tibbi ekspertlər Çurkinin cəsədinin açılmasından sonra əlavə tədqiqata ehtiyac olduğunu bildiriblər. Rusiyanın BMT-ki daimi elçisi Vitali Çurkin fevralın 20-də Nyu-Yorkda vəfat edib. İlkin məlumatlara görə ölümün səbəbi qəfil ürək tutmasıdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru