Suriyada İŞİD-in səhra komandiri öldürülüb

22-02-2017, 22:25           

Suriyanın şərqində İŞİD terror qruplaşmasının səhra komandirlərindən biri Əbu Farik əl-Amerikinin meyiti aşkarlanıb.

teref.az APA-ya istinadən verdiyi məlumat verir ki, onun meyiti Markada yaşayış məntəqəsinin bazarında tapılıb.

Əbu Farik əl-Amerikinin kim tərəfindən öldürüldüyü məlum deyil. Məlumata görə, bu yaxınlarda Suriyanın şərqində naməlum şəxslər tərəfindən İŞİD-in bir neçə yüksək rütbəli üzvü qətlə yetirilib. Ehtimala görə, onları terrorçuların özləri də öldürə bilərdi.

Qeyd edək ki, Əbu Farik əl-Amerikinin ABŞ vətəndaşı olduğu bildirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru