ABŞ-ın maliyyə nazirindən BVF-a çağırış: Üzv ölkələrin valyuta siyasəti araşdırılsın

22-02-2017, 23:22           

ABŞ-ın Maliyyə naziri Stiven Manuçin Beynəlxalq Valyuta Fondunun (BVF) rəhbəri Kristin Laqardla telefon danışığı zamanı ona, öz səlahiyyətlərindən istifadə edərək Fonda üzv olan ölkələrin valyuta siyasətlərini yoxlamağa çağırıb.

teref.az “Report”a istinadən xəbər verir ki, bu barədə ABŞ Maliyyə Nazirliyinin açıqlamasında bildirilir.

Qeyd edək ki, bir qədər əvvəl ABŞ Prezidenti Administrasiyası başda Çin olmaqla, Avropa İttifaqı və Yaponiyanı öz valyutalarını bilərəkdən ucuzlaşdırmaqda və bununla da ABŞ bazarında qeyri-ədalətli rəqabət üstünlüyünə cəhd etməkdə ittiham edib.

Xatırladaq ki, hazırda 189 ölkə BVF-nun üzvüdür. Azərbaycanın Fondda kvotası 391,7 mln. SDR (Special Drawing Rights) və ya 0,08% təşkil edir. Ən çox kvotaya isə 17,46%-lə ABŞ sahibdir.

SDR - dollar (41,73%), avro (30,93%), yuan (10,92%), yen (8,33%) və funt sterlinqdən (8,09%) ibarət olan xüsusi ehtiyat ödəniş vasitəsidir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru