Prezidentin taleyi vitse-prezidentin əlindədir-Ədalətin şıltaqlığı
23-02-2017, 01:32

ABŞ-ın yeni prezidenti Donald Tramp öz çıxışlarıyla çox adamı narahat edir. Dünyanın bir çox ölkələrindən tutmuş, ABŞ-dakı iri beynəlxalq şirkətlərə, hərbi-kəşfiyyat orqanlarına qədər bir çox qurumların maraqlarını qamçılayan prezidentin atdığı addımlar ölkə rəhbərliyi arasında da çaş-başlıq yaradır, hökuməti çətin vəziyyətə salır. ABŞ-ın Xüsusi Qüvvələr Xidmətinin komandanı general Raymond Tomasın bu yaxınlarda mətbuata açıqlamasındaTrampı xaos yaratmaqda ittiham etməsi, məhkəmələrin bəzi prezident sərəncamlarının qüvvəsini dayandırması və bu kimi hadisələr narazılığın yüksək səviyyədə olduğundan xəbər verir. Getdikcə, respublikaçı senator və konqresmenlər belə, yeni administrasiyanın mövqeyindən narazılıqlarını dilə gətirirlər.
Müşahidəçilər bu narazılıqların hakimiyyət çevrilişiylə nəticələnə biləcəyi ehtimalını istisna etmirlər. Bəs, Trampın impiçmentinin hüquqi mexanizmi varmı?
Maraqlıdır ki, var. Özü də bu hüquq Trampın vitse-prezidentinin səlayyəti daxilindədir. 25-ci Qanun dəyişikliyinə əsasən, vitse-prezident ölkənin yaxşı idarə olunmadığını əsas gətirərək öz rəhbərini vəzifəsindən uzaqlaşdıra bilər. Amma bunun üçün o, konqresdə təmsil olunan respublikaçıların (prezident hansı partiyadandırsa, həmin onun) əksəriyyətinin razılığını almalıdır. Yəni prezidenti öz sıralarından çıxaran partiya onun impicmentinə də qərar verə bilər.
Bəs, vitse-prezident Mayk Pens bu addımı atarmı?
Mütəxəssislər bu suala da müsbət cavab verirlər. ABŞ-da vitse-prezident də səsvermə yolu ilə seçildiyindən onun təyinatı heç birinci şəxsdən asılı deyil. Bu da Mayk Pensə sərbəst addım atmaq imkanı verir.