“Facebook” azərbaycanlıya görə Putinin məsləhətçisini blok etdi

23-02-2017, 01:38           

“Facebook” administrasiyası Rusiya prezidenti Vladimir Putinin internet üzrə məsləhətçisi German Klimenkonun hesabını blok edib.

Putinin məsləhətçisi bu barədə “Vkontakte” sosial şəbəkəsində öz səhifəsində yazıb.

Klimenkonun sözlərinə görə, onun hesabının blok edilməsinin səbəbkarı Rusiyada yaşayan azərbaycanlı yazıçı və aparıcı Stanislav Xankişiyevdir.

“Stalik istədiyinə çatdı. “Facebook” mənim hesabımı bağlayıb, “Vkontakte” saytına keçirəm” - məsləhətçi yazıb.

Qeyd olunur ki, “Facebook” administrasiyası Klimenkonun hesabını üç günlük bağlayıb.

Səbəb isə Klimenkonun Stanislav Xankişiyevin səhifəsindən paylaşım etməsi olub. Xankişiyev prezidentin məsləhətçisini müəllif hüquqlarını pozmaqda ittiham edib.

“Facebook”dakı dostlarıma bloka düşdüyüm barədə xəbər verməyinizi xahiş edirəm. Stalikə isə öz təşşəkkürümü bildirirəm ”, - Klimenko qeyd edib.

Putinin məsləhətçisi ilə Stanislav Xankişiyev arasındakı mübahisə fevralın 16-da başlayıb. Yazıçı öz “Facebook” səhifəsində “Onkoloji xəstələrin həyat mübarizəsi - 2” adlı video yerləşdirib. Klimenko bu videonu öz səhifəsində paylaşıb və Xankişiyevi sifarişli informasiya müharibəsində ittiham edib. İki günlük söz mübahisəsindən sonra tərəflər bir-birlərini “qara siyahı”ya atıblar.

Oxu.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru