Təqaüdçü təqaüdünü baş nazirə göndərdi- ETİRAZ

20-04-2017, 21:10           


Bununla o, pensiyaya əlavə edilən məbləğin azlığına işarə vurub
Tomsk vilayətinin Belıy Yar qəsəbəsindən olan pensiyaçı Viktor Smirnyaqin pensiyasına əlavə edilən 60 rublu Rusiyanın baş naziri Dmitri Medvedyevə göndərib.


AFN bildirir ki, bu haqda RFKP partiyasının saytında məlumat verilib.
Göndərdiyi teleqramda kişi belə yazıb: “Selo – stolisa – poxmelitsya”.
Smirnyaqinin sözlərinə görə poçt şöbəsinin işçiləri əvvəlcə pul baratını göndərmək istəmiyiblər, lakin bir saatlıq isrardan sonra kişi buna nail ola bilib.
60 rublu ünvanına çatdırmaqdan ötrü pensiyaçı 133 rubl pul ödəyib. “Evimə gedirəm, gülümsəyirəm, öz daz başıma nəzər yetirirəm”, - deyə o, partiya rəhbərliyinə və eyni zamanda KİV-lərə göndərdiyi məktubunda, belə yazıb.
Smirnyaqin bütün pensiyaçıları bu addımı atmağa səsləyib. “Bəlkə bundan sonra onlar səsimizi eşidərlər. Bu qəpikləri onlara ataq, bəlkə bundan sonra onlar bu artımlardan ağızdolusu danışmaqdan əl çəkərlər. Heç olmasa, utansınlar barı”, - pensiyaçı sözlərini belə bitirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru