Tramp Kolumbiyanın iki sabiq prezidenti ilə gizli görüş keçirib

21-04-2017, 09:35           

ABŞ prezidenti Donald Tramp Kolumbiyanın iki sabiq prezidenti Alvaro Uribe və Andres Pastrana ilə gizli görüş keçirib.

teref.az-nun “APA”ya istinadən verdiyi xəbərə görə, görüş ötən bazar Trampın Floridadakı “Mar-a-Laqo” iqamətgahında baş tutub. Görüş barədə mətbuata heç bir məlumat verilməmişdi.

Nəşr Kolumbiya KİV-lərinə istinadən qeyd edib ki, görüş respublikaçı senator Marko Rubio tərəfindən təşkil olunub.

Ağ Evin rəsmi nümayəndəsi əvvəlcə görüş barədə suallara cavab verməkdən imtina etsə də, lakin sonradan danışıqların baş tutduğunu etiraf edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru