Venesuelada etirazlar başlanandan 1300 nəfər tutulub

22-04-2017, 09:24           
Venesuelada etirazlar başlanandan 1300 nəfər tutulub
Venesuelada hökumətə qarşı etirazlar başlanandan 1300-ə yaxın insan saxlanılıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə özünün “Tvitter” səhifəsində yerli hüquq müdafiəçisi Alfredo Romero yazıb.

“Aprelin 4-dən bu günədək etiraz aksiyalarında iştiraka görə 1289 nəfər tutulub”, A.Romero qeyd edib.

Bundan əvvəl 585 nəfərin saxlanıldığı bildirilirdi. Son üç həftə ərzində Venesuelada baş verən iğtişaşlar nəticəsində ölənlərin sayı 20 nəfərə çatıb.

Venesuelada prezident Nikolas Maduronun hökuməti ilə müxalifətin nəzarət etdiyi parlament arasında münaqişə davam edir. Martın sonunda Venesuela Ali Məhkəməsi prezidentə parlamentlə məsləhətləşmədən qərar qəbul etmək səlahiyyəti vermişdi. Hazırda qərar ləğv edilsə də, ölkədə iğtişaşlar səngimək bilmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru