“Borussiya"nın avtobusuna hücumda şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib

22-04-2017, 09:52           
“Borussiya"nın avtobusuna hücumda şübhəli bilinən şəxs barəsində həbs qətimkan tədbiri seçilib
Məhkəmə Dortmundun “Borussiya” futbol klubunun avtobusuna hücumda şübhəli bilinən 28 yaşlı Sergey V. barəsində həbs qətimkan tədbiri seçib.

APA-nın məlumatına görə, saxlanılan şəxsin ikili vətəndaşlığı var. O, həm Almaniya, həm də Rusiya pasportu daşıyır.

Aprelin 11-də Dortmundda Çempionlar Liqasının 1/4 final mərhələsi çərçivəsində “Borussiya” və “Monako” klubları arasında oyun keçirilməli idi. Oyuna təxminən bir saat qalmış meydan sahiblərinin avtobusunun yaxınlığında 3 partlayış törədilmiş, “Borussiya”nın futbolçusu Mark Bartra insident zamanı yaralanmışdı.

Prokurorluğun məlumatına görə, şübhəli şəxs “Borussiya”nın səhmlərindən 15 minini alıb. O, bunun üçün aprelin 3-də kredit götürüb. Səhmlərin kursunun dəyişməsi təqdirində Sergey V. qiymətli kağızların satışından 4 milyon avro qazanc əldə edə bilərdi. Qeyd edək ki, Sergey V. aprelin 21-də Tübinqen şəhəri yaxınlığında saxlanılıb.
[media=https://www.youtube.com/watch?v=7powL5AkPIs]












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.