Suriyada İŞİD-in silah anbarı partlayıb, 20 nəfər ölüb
11-05-2017, 08:12
Suriyanın Deyr əz-Zor şəhərində İŞİD terror qruplaşmasına məxsus silah anbarı partlayıb.
APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə nəticəsində azı 20 nəfər ölüb.
Məlumata əsasən, anbarda bir-birinin ardınca 3 partlayış baş verib. Nəticədə 15 yaşayış evi qismən və yaxud tamamilə dağılıb, bir neçə avtomobil yanaraq külə dönüb.