«Siz, zarafat edirsiniz? Onu işdən çıxarıblar?» – Lavrov

11-05-2017, 09:56           
«Siz, zarafat edirsiniz? Onu işdən çıxarıblar?» – Lavrov
Rusiyanın xarici işlər naziri Sergey Lavrov ABŞ Federal Təhqiqat Bürosunun (FTB) başçısı Ceyms Kominin işdən azad olunması xəbərini qərbli jurnalistlərə şərh edib.

Vaşinqtonda ABŞ dövlət katibi Reks Tillersonla görüşdən əvvəl amerikalı jurnalist Rusiya xarici işlər naziri Sergey Lavrovdan soruşub: «FTB başçısı Ceyms Kominin işdən azad olunması danışıqlara hansısa formada təsir edə bilərmi?»

«Onu işdən çıxardıblar? Siz, zarafat edirsiniz?» – deyə, rusiyalı nazir saxta təəccübünü nümayiş etdirib.

Güman ki, Lavrov bununla, Komini hövsələdən çıxarmaq üçün qərbli jurnalistləri bir növ, tələsdirmək məqsədi güdüb. Nədən ki, Kominin özü də əvvəlcə bu xəbərin «oyun» olduğunu düşünüb.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru