MKİ direktoru: “Rusiya seçkilərə müdaxilə etməkdə davam edəcək”

12-05-2017, 09:00           
MKİ direktoru: “Rusiya seçkilərə müdaxilə etməkdə davam edəcək”
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Mayk Pompeo Rusiyanın seçkilərə müdaxilə etməkdə davam edəcəyini bildirib. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu Pompeo Senatın kəşfiyyat məsələlərinə dair komitəsində çıxışı zamanı bildirib.

Onu fikrincə, Rusiya 2018, 2020-ci ildə də müdaxilə edəcək.

“Düşünürəm ki, biz bundan nəticə çıxaracağıq və bunu daha uğurla adlaya biləcəyik”, - deyə Pompeo bildirib.

Qeyd edək ki, 2016 ildə Barak Obama seçkilərə müdaxilə etdiyinə görə Rusiyanın 9 şirkətinə qarşı sanksiya tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru