Zaxarova indi də ABŞ mətbuatını hədəf aldı – “Gülməli suallar”

12-05-2017, 09:55           
Zaxarova indi də ABŞ mətbuatını hədəf aldı – “Gülməli suallar”
Lavrov-Tramp görüşündə yalnız Ağ Ev tərəfindən müəyyən edilən jurnalistlər iştirak edib.

Axar.az xəbər verir ki, bu sözləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Vaşinqton bir neçə fotoqrafa icazə verdi. Görüşdə Lavrovun TASS agentliyindən olan fotoqrafı da var idi. Fotolar da nazirliyin rəsmi internet səhifəsindən ödənişsiz olaraq paylaşıldı. Lakin yenə ABŞ mətbuatı Rusiyanı provokasiya hazırlamaqda günahlandırır. ABŞ mətbuatının intellektual kədər içində olduğunu demək mümkündür. Verilən suallar da çox gülməli idi”, – XİN sözçüsü bildirib.

Qeyd edək ki, Trampla Lavrov arasında görüş dünən Vaşinqtonda baş tutub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru