İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb!

18-05-2017, 09:05           
İspaniya qırıcıları Rusiya təyyarəsini «tutmaq» üçün havaya qaldırılıb!
Estoniya səmasında Rusiya təyyarəsini «qarşılamaq» üçün İspaniyanın iki F-18 qırıcı təyyarəsi havaya qaldırılıb. Emari aviabazasından havaya qalxan təyyarələr Rusiyanın döyüş təyyarəsini sərhəd boyunca müşayiət edib. Bu barədə «La Vanguardia» nəşri yazıb.

Xəbər verilir ki, Rusiya təyyarəsi Kalininqraddan qayıdırmış. İspaniyanın F-18 təyyarələri isə NATO çərçivəsində Baltik ölkələrinin hava məkanında patrul uçuşları missiyasına cəlb edilmiş təyyarələr olub.
NATO-nun bu təyyarələri Emari aviabazasında bu ilin aprel ayında yerləşdirilib.
AzPolitika.info












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru