Merkeldən Türkiyə açıqlaması: Tərk edəcəyik

25-05-2017, 22:07           

Alman deputatlara İncirlik aviabazasına səfər icazəsi verilməzsə, hərbçilərimizi oradan çıxaracağıq.

Axar.az xəbər verir ki, bu sözləri Brüsseldə səfərdə olan Almaniya kansleri Angela Merkel deyib.

O bildirib ki, sözügedən məsələsini NATO sammiti çərçivəsində Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla da müzakirə edəcək:

“Türkiyə prezidenti ilə görüşdə bizim üçün bunun qaçılmaz olduğunu söyləyəcəyəm. Çünki biz parlament ordusuna sahibik. Hərbçilərimizin Bundestaqın deputatları tərəfindən ziyarət edilməsi önəmlidir. Əks təqdirdə, İncirliyi tərk etmək məcburiyyətində qalacağıq”.

Qeyd edək ki, bir müddət əvvəl Türkiyə hökuməti alman deputatların İncirliyə daxil olmasına icazə verməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru