Trampın miqrasiya fərmanın dayandırılmasına dair qərardan Ali Məhkəməyə şikayət veriləcək

26-05-2017, 08:19           
Trampın miqrasiya fərmanın dayandırılmasına dair qərardan Ali Məhkəməyə şikayət veriləcək
ABŞ Ədliyyə Nazirliyinə rəhbərlik edən baş prokuror Ceff Seşns prezident Donald Trampın miqrasiya fərmanın icrasının dayandırılmasına dair qərardan Ali Məhkəməyə şikayət edəcəyini bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bundan əvvəl Apelyasiya Məhkəməsi aşağı instansiya məhkəməsinin fərmanın dayandırılmasına dair qərarını qüvvədə saxlayıb.

Qeyd edək ki, Donald Tramp martda immiqrasiya siyasətini sərtləşdirməklə bağlı fərman imzalayıb. Bu fərman əhalisinin əksəriyyəti müsəlman olan 6 ölkə vətəndaşlarına şamil edilib. Fərman İran, Liviya, Somali, Sudan, Suriya və Yəmən vətəndaşlarının ABŞ-a 90 gün müddətində səfərlərinə qadağa qoyub. Lakin məhkəmə fərmanın icrasının dayandırılması ilə bağlı qərar verib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru