NATO Latviyada növbəti hərbi təlimlərə başlayır

3-06-2017, 08:07           
NATO Latviyada növbəti hərbi təlimlərə başlayır
Bu gün Latviyada NATO-nun “Saber Strike” beynəlxalq hərbi təlimləri başlayır.

APA-nın xəbərinə görə, bu barədə Latviya müdafiə nazirliyinin məlumatında bildirilir.

Təlimlərə Latviya, Litva, ABŞ, Böyük Britaniya, Slovakiya, Polşa, İtaliya və İsveçin hərbçiləri qatılacaq. İki mindən çox hərbçinin iştirak etdiyi təlimlər iyunun 15-dək davam edəcək.

“Təlimin əsas məqsədi regional sabitlik və təhlükəsizliyin təkmilləşdirilməsi, silahlı qüvvələr arasında qarşılıqlı əlaqələrin möhkəmləndirilməsidir”, məlumatda deyilir.

Qeyd edək ki, aprelin 17-30-da Latviyada NATO-nun “Summer Shield” beynəlxalq hərbi təlimləri keçirilib. Təlimlərdə Latviya, Litva, Estoniya, ABŞ, Kanada, Böyük Britaniya, Lüksemburq, Bolqarıstan, Rumıniya, Slovakiya, Almaniya və İsveçin hərbçiləri iştirak edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru