ŞOK!!Prezidentin qəbrini açdılar, tabutdan 3 meyit çıxdı...

3-06-2017, 09:03           

Polşanın keçmiş Prezidenti Lex Kaçinskinin də öldüyü təyyarə qəzasının istintaqı davam edir. Qəzada ölənlərin qəbirlərinin açılması nəticəsində cənazələrin biri-birinə qarışdığı məlum olub.

Moderator.az beynəlxalq xəbər agentliklərinə istinadən məlumat verir ki, 2010-cu ildə təyyarə qəzasında həlak olan Polşa Prezidenti Lex Kaçinskinin qəbri açılarkən, eyni qəbirdə ondan başqa daha iki nəfərin cənazəsinin qalıqları aşkar olunub.

Xatırladaq ki, Kaçinski və ailəsinin olduğu təyyarə Smolensk şəhəri yaxınlığında düşmüş, 96 nəfər həlak olmuşdu. Rusiya ölənlərin cənazələrini iki həftə sonra qapalı tabutda Polşaya versə də təyyarənin qara qutusunu vermədi.
ŞOK!!Prezidentin qəbrini açdılar, tabutdan 3 meyit çıxdı...
Kaçinskinin əkiz qardaşı Jaroslav Kaçinskinin iqtidardakı partiyası Hüquq və Ədalət partiyasının tələbi ilə təkrar istintaq başlayıb və cənazə eskumasiya edilib. Nəticədə məlum olub ki, Rusiya tərəfi cənazələri tabuta heç də düzgün yerləşdirməyib. Sadəcə meyitlərin qalıqları tabutlara necə gəldi yığılıb.

Bununla əlaqədar Rusiya tərəfinə göndərilən sorğulara cavab verilməyib.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.