İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb

5-06-2017, 07:14           
İŞİD Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb
İŞİD terror qruplaşması Londonda törədilən terror aktına görə məsuliyyəti öz üzərinə götürüb.

APA-nın məlumatına görə, bu barədə Reuters agentliyi xəbər verib.

İyunun 4-ə keçən gecə “London-Bric” körpüsündə sürücü mikroavtobusu piyadaların üstünə sürüb. Daha sonra bıçaqla silahlanmış şəxslər insanlara hücum edərək xəsarətlər yetiriblər. Hadisə nəticəsində 7 nəfər ölüb, 48 nəfər xəsarət alıb. London polisi hücumlar törətməkdə şübhəli bilinən üç şəxsi məhv edib. Böyük Britaniya hökuməti hadisəni terror aktı kimi qiymətləndirib. İnsidentlə əlaqədar 12 nəfər saxlanılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru