Çində neft-kimya zavodunda güclü partlayış baş verib

5-06-2017, 08:12           
Çində neft-kimya zavodunda güclü partlayış baş verib
Çində neft-kimya zavodunda güclü partlayış baş verib.

APA-nın “Sinxua” agentliyinə istinadən verdiyi xəbərə görə, insident Şandun əyalətində qeydə alınıb.

Partlayışdan sonra zavodda yanğın başlayıb. Müəssisənin xüsusi iqtisadi zonada yerləşdiyi bildirilir. Hələlik itki və dağıntılar barəsində məlumat verilmir. Hadisə yerinə yanğınsöndürənlər və təcili tibbi yardım briqadaları cəlb edilib.

Hadisənin səbəbləri müəyyənləşdirilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.