Rza Seyfullahi: “Tehranda terror hucümlarını İran əsilli şəxslər həyata keçirib”

8-06-2017, 08:45           
Rza Seyfullahi: “Tehranda terror hucümlarını İran əsilli şəxslər həyata keçirib”
Tehranda terror hücumlarını İran əsilli şəxslər həyata keçirib.

APA-nın Reuters agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə İranın Ali Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Rza Seyfullahi bildirib.

“Hücumu törədənlər əslən İranın müxtəlif bölgələrindən olan və İŞİD terror qruplaşmasına qoşulan şəxslər olub”, deyə Rza Seyfullahi bildirib.

Qeyd edək ki, ötən gün İran parlamentinə və İmam Xomeyni Türbəsinə terror hücumları olub. Nəticədə 13 nəfər ölüb, 43 nəfər yaralanıb. Terrora görə məsuliyyəti İŞİD üzərinə götürüb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru