ABŞ koalisiyasının Rəqqaya zərbəsi nəticəsində azı 14 dinc sakin ölüb

9-06-2017, 08:27           
ABŞ koalisiyasının Rəqqaya zərbəsi nəticəsində azı 14 dinc sakin ölüb
ABŞ-ın rəhbərlik etdiyi koalisiyanın Rəqqaya endirdiyi yeni zərbə nəticəsində azı 14 dinc sakin ölüb, 15-dək şəxs yaralanıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarələrin hədəfi Marfaq Əl Cazra rayonunda yerləşən yaşayış binası olub.

Qeyd edək ki, ABŞ koalisiyası bundan əvvəl yenidən hökumətyönümlü qüvvələrinə zərbələr endiriblər. Amerikalıların iddiasına görə, pilotsuz uçan aparat onların bazasına yaxınlaşaraq atəş açmağa başlayıb. Cavab atəşi ilə PUA vurulduqdan sonra hökumətyönümlü qüvvələrin nəqliyyat vasitələrinə zərbələr endirilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru