Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək

9-06-2017, 08:38           
Qətər əmiri siyasi böhranın həlli üçün Vaşinqtona getməyəcək
Qətər əmiri şeyx Tamim bin Hamad əl Tani ölkəni tərk etmək, eləcə də ABŞ prezidenti Donald Trampın dəvəti ilə Vaşinqtona getməyi planlaşdırmır.
"Report" xəbər verir ki, bu barədə Qətər hakimiyyətinin rəsmi nümayəndəsinə istinadən "Reuters" məlumat yayıb.
"Əmir ölkə blokadada olduğu müddətcə, Qətəri tərk etməyi planlaşdırmır", - deyə agentliyin mənbəsi bildirib.
Tramp Qətərə və onunla münasibətləri kəsən dövlətlərə fikir ayrılığının yoluna qoyulması istiqamətində köməyini təklif edib. Ağ evin məlumatına görə, Tramp bunu Qətər əmiri ilə telefon söhbətində deyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru