Dünyanın ən bahalı böcəyi - ŞƏKİL ÇƏKİR

13-07-2017, 10:07           

Yaponiyanın Naqano şəhərində rəsm çəkə bilən böcək görənləri təəccüb içində qoyub.
Publika.az xəbər verir ki, Spayk adlı böcək maral buynuzuna bənzəyən qısqacları ilə qələmləri tutaraq şəkil çəkir.
Böcəyin sahibi Mandi Bryant Spaykı “şirin və maraqlı” adlandıraraq onun çox özəl bir həşərat olduğunu deyib.
Dostlarına maraqlı fotolar göndərmək üçün böcəyinə qələm verib şəkil çəkdirən Mandi bir müddət sonra özü də böcəyinin çəkdiyi miniatür rəsmlərə baxaraq təəccübləndiyini deyib.
Spaykın çəkdiyi rəsmləri 130 dollardan başlayan qiymətlərlə auksiona qoymağa qərar verən Mandi əldə etdiyi gəlirin bir hissəsini mərkəzi İngiltərədə yerləşən maral böcəklərini mühafizə komandasına bağışlayacağını bildirib.
Qeyd edək ki, dünyada olduqca bahalı və dəyərli böcək kimi tanınan maral böcəkləri bütün böcəklərin kralı hesab edilir. 15-20 sm uzunluğunda bir maral böcəyinin qiyməti 100 000 dollara qədər yüksəlir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru