Şimali Koreya lideri qitələrarası raket yaradıcılarını mükafatlandırıb
13-07-2017, 12:56
Şimali Koreya lideri Kim Çen In qitələrarası raket yaradıcılarını mükafatlandırıb.
SalamNews-un xəbərinə görə, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi məlumat verib.
Kim Çen In mükafatlandırma zamanı Şimali Koreyada keçirilən “Hvason-14” uğurlu qitələrarası ballistik raket sınağının ölkənin strateji mövqeyini köklü şəkildə dəyişdiyini bildirib.