50 dollar ödəməsən, şəxsi məlumatların şəbəkəyə çıxarıla bilər

13-07-2017, 20:33           
50 dollar ödəməsən, şəxsi məlumatların şəbəkəyə çıxarıla bilər
“Google Play” onlayn mağazasında “Android” mobil əməliyyat sistemi üçün “LeakerLocker” dələduz virusu olan iki əlavə aşkar edilib.

İKT.lent.az-ın Riafan.ru saytına istinadən məlumatına görə, bu barədə ABŞ-ın antivirus proqram təminatının tərtibatı ilə məşğul olan “McAfee” şirkəti xəbər verir.

Şirkətin mütəxəssislərin sözlərinə görə, yeni virus smartfonun yaddaşında saxlanılan məlumatların, yazışma və brauzerin tarixçəsinin, həmçinin əlaqə və elektron poçtu siyahısının nüsxəsini çıxarır. Ehtiyat nüsxənin silinməsinin müqabilində virus istifadəçidən 50 dollar həcmində ödəniş tələb edir. Əks halda isə cinayətkarlar smartfon istifadəçisi sahibinin bütün şəxsi məlumatlarının şəbəkədə dərc ediləcəyi ilə təhdid edir.

Qeyd edilir ki, “Google” şirkəti bu dələduz virus barəsində məlumatlandırılıb və yaxın zamanda o, “Google Play” mağazasından silinəcək.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru