Rusiyanın İrkutsk vilayətinin Bratsk şəhərində fərdi evdə baş verən yanğın nəticəsində 7 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya FHN-nin məlumatında bildirilir.
Hadisə “Jeleznodorojnik” bağlar yaşayış massivində baş verib.
Elektrik naqillərdə qısaqapanmanın yanğına səbəb olduğu ehtimal olunur.
Yanğın gecə 03.00 radələrində baş verib. Hadisənin səbəbləri araşdırılır.