NATO baş katibi Almaniya və Türkiyəyə çağırış edib Böyüt

16-07-2017, 10:28           
NATO baş katibi Almaniya və Türkiyəyə çağırış edib  Böyüt
NATO baş katibi Yens Stoltenberq rəsmi Ankaranın alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoymasından narahat olduğunu bildirib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Alyans sədri Yens Stoltenberqin Türkiyə XİN rəhbəri Mövlut Çavuşoğlu ilə görüşündən sonra NATO nümayəndəsi bildirib.

“Ümid edirik ki, Almaniya və Türkiyə, səfərin hər iki tərəf üçün münasib olan tarixini razılaşdıra biləcəklər”, - deyə NATO nümayəndəsi bildirib.

NATO-nun narahatlığı Almaniya hərbi kontingentinin Konyadakı bazadan mümkün çıxarılmasından narahatdır.

Qeyd edək ki, keçən bazar Almaniyanın 260 nəfərdən ibarət hərbi kontingentinin “İncirlik” bazasından çıxarılması prosesinə başlanılıb. Rəsmi Ankara isə alman deputatların Alyansın Konyadakı hərbi bazasına səfər etməsinə qadağa qoyub.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.