İran prezidentinin qardaşı həbs olundu 16-07-2017, 20:39 İran prezidenti Həsən Ruhaninin qardaşı Hüseyn Fereydun maliyyə cinayətlərində təqsirli bilinərək həbs olunub.APA-nın məlumatına görə, bu barədə “Frans Press” agentliyi məhkəməyə istinadən xəbər yayıb. Hadisənin təfərrüatları hələlik açıqlanmır.H. Fereydun 2015-ci ildə İranın nüvə proqramına dair danışıqlarda ölkənin rəsmi nümayəndəsi olub. Facebook-da paylaş