ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri elə bir etiraf etdi ki, bütün dünya bir-birinə dəydi
27-07-2017, 09:04

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Maykl Pompeo, Venesuela hökumətini devirmək üçün çalışdıqlarını üstü örtülü şəkildə etiraf edib.
BakuNews.az xəbər verir ki, Aspen İnstitutu beyin mərkəzi tərəfindən keçirilən təhlükəsizlik konfransında iştirakçılardan birinin sualından sonra mövzuya toxunan Pompeo, Venesuela hökumətini devirmək üçün bölgədəki iki ölkə ilə əməkdaşlıq etdiklərini deyib.
Venesueladakı vəziyyəti müzakirə etmək üçün Mexiko City və Bogotoya səfər etdiyini açıqlayan MKİ direktoru, Venesueladakı vəziyyətin həm ABŞ, həm də Meksika və Kolumbiya üçün sərfəli olmasına çalışdıqlarını bildirib.
Qeyd edək ki, ABŞ-ın Venesuelada baş verən qarşıdurmalarda əlinin olduğu iddia edilir. MKİ direktoru ilk dəfə rəsmi şəkildə bunu etiraf edib.
MKİ rəhbəri Pompeo hətta bir qədər də irəli gedərək, ABŞ-ın Cənubi Amerikada keçmişdə də dövlət çevrilişlərinə dəstək verməsinə işarə edib.
Cənubi Amerikadan danışanda MKİ-nin bu ərazilərdə çox hekayələri var deyə Pompeo qeyd edib.
Pompeonun etirafları Venesuela prezidenti Nikolas Maduronun sərt reaksiyasına səbəb olub .
MKİ direktoru, ABŞ rəhbərliyi , Meksika və Kolumbiya hökumətləri əməkdaşlıq edərək Venesueladakı konstitusion hakimiyyəti devirməyə çalışırlar.
Meksika və Kolumbiya hökumətləri neft maraqları üçün bizə qarşı ABŞ ilə gizli əməkdaşlıq edirlər. Ümidsiz olduqlarını bilirəm, çünki Meksika yalnız beş illik neftə sahibdir, nefti tükənir. Kolumbiyanın 6 illik nefti qaldı və Venesuelanın neftinin imperializmə aid olduğuna inanmaq istəyirlər. Meksika və Kolumbiyaya qarşı diplomatik qərarlar verəcəyik deyə Venesuela prezidenti bildirib.
Meksika və Kolumbiya hökumətləri isə yaydıqları açıqlamada MKİ direktorunun dediklərini təkzib ediblər.
ABŞ prezidenti Donald Tramp bir müddət öncə, Kolumbiya prezidenti Xuan Manuel Santos ilə Ağ Evdə bir araya gəlmiş və görüşün ardından Venesuela rəhbərliyini tənqid etmişdi. Keçmiş Kolumbiya prezidenti Alvaro Uribe də bir müddət öncə Venesuelada hökuməti devirməyə çağırış edib.
Almaniyanın Hamburq şəhərində keçirilən G-20 sammiti çərçivəsində bir araya gələn Tramp ilə Meksika prezidenti Enrique Penya Nietinin müzakirə etdiyi məsələlər arasında Venesuelanın da olduğu açıqlanmışdı.
ABŞ Xarici İşlər Nazirliyi isə Pompeonun açıqlamasını şərh etməkdən yayınıb. (avropa.info)