"Apple"in cəriməsi iki dəfədən çox artırıldı

27-07-2017, 10:58           

Viskonsin Universitetinin patent hüquqlarını pozduğu üçün cəzalandırılan "Apple" şirkətinin ödəyəcəyi cərimənin miqdarı artırılıb.

İKT.lent.az-ın Vistanews.ru-ya istinadən xəbərinə görə, A7, A8 və A8X çipləri hazırlanarkən yol verilən pozuntulara görə "Apple" 506 milyon dollar cərimə ödəyəcək.

Araşdırma zamanı məlum olub ki, patentləşdirilmiş texnologiya "iPhone 5s", "iPhone 6", "iPhone 6 Plus" və "iPad"in bəzi modellərinin əsasında çalışdığı prosessorlarda qanunsuz olaraq tətbiq olunub. Bundan sonra Viskonsin Universiteti "Apple"dən 862 milyon dollar kompensasiya tələb edib. Münsiflər məhkəməsi şirkəti 234 milyon dollar cərimə kəssə də, universitet bununla razılaşmayıb və apellyasiya şikayəti verib. Şikayətə baxan dairə məhkəməsi cəriməni 272 milyon dollar artırıb və 506 milyon dollara çatdırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru