Rus milyarderi sərsəmləməkdə davam edir

23-07-2015, 11:33           
Rus milyarderi sərsəmləməkdə davam edir
Dağlıq Qarabağa köçməklə beynəlxalq qalmaqala səbəb olan ilk rusiyalı milyarder German Sterliqov növbəti dəfə antiazərbaycan xarakterli açıqlama verib.

Modern.az xəbər verir ki, Sterliqov sosial şəbəkələrdən birindəki şəxsi səhifəsində Azərbaycan Baş Prokurorluğunun ona qarşı 2 maddə üzrə cinayət işi açmasına reaksiya verib. “Baxın, mənə qarşı daha 2 cinayət işi açılıb. Halbuki mən azərbaycanlılar, ermənilər və rusdlardan təşkil olunmuş sülh müzakirələri təklif edirdim.

Deməli, tarixi sənədlər əsasında Dağlıq Qarabağın kimə məxsus olması ilə bağlı açıq diskussiyalardan qorxurlar. Ermənilər açıq müzakirədən qorxmurlar, ruslar da qorxmurlar. Bu məsələdə yalnız azərbaycanlılarda təşviş və qorxu görünür. Görəsən, bu nə deməkdir?”

İyulun əvvəllərində qəfildən Qarabağda peyda olan German Sterliqov buranı Ermənistanın əzəli əraziləri elan edərək işğal olunmuş Azərbaycan torpaqlarında kəndə təsərrüfatı ilə məşğul olacağını elan etmkişdi. Rusuiya mətbuatına çoxsaylı müsahibələrində o, həmvətənlərini kütləvi şəkildə Qarabağ yaşamağa çağırmışdı.

Xatırladaq ki, ötən gün Azəırbaycan Baş Prokurorluğu German Sterliqova qarşı cinayət məxəlləsinin 281 və 318 maddələri ilə cinayət işi açıb.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.