Dünya Bankı İraq, Suriya və Livana 1,3 milyard dollar ayırıb

26-06-2025, 17:45           
Dünya Bankı İraq, Suriya və Livana 1,3 milyard dollar ayırıb
Dünya Bankının İcraçı Direktorlar Şurası İraq, Suriya və Livanda inkişaf layihələrini dəstəkləmək məqsədilə 1,3 milyard dollardan çox maliyyə vəsaitinin ayrılmasını təsdiqləyib.

Dünya Bankı xəbər verir ki, bu maliyyələşmənin məqsədi adıçəkilən ölkələrdə infrastrukturun gücləndirilməsi və əsas xidmətlərin yaxşılaşdırılması üçündür.

Qərara görə, İraq digər iki dövlətlə müqayisədə daha çox maliyyə vəsaiti alacaq. Belə ki, Bağdad hökumətinə 930 milyon dollar təqdim olunacaq. Bu vəsait dəmir yollarının genişləndirilməsi və yenilənməsinə sərf olunacaq. Layihə cənubdakı Umm Qasr limanı ilə şimaldakı Mosul şəhəri arasında dəmir yolu nəqliyyatı şəbəkəsinin inkişaf etdirilməsini hədəfləyir. Məqsəd isə regionlar arasında səfər müddətini azaltmaq, yükdaşıma səmərəliliyini artırmaq və nəqliyyat xidmətlərinin keyfiyyətini yaxşılaşdırmaqla ticarəti dəstəkləmək, məşğulluq imkanları yaratmaq və İraq iqtisadiyyatını şaxələndirməkdir.

Bundan başqa, Livan yenidənqurma səylərinə töhfə vermək üçün 250 milyon dollar məbləğində maliyyə vəsaiti alacaq.

Suriyaya gəlincə, Dünya Bankı bu ölkəyə 146 milyon dollar məbləğində maliyyələşməni təsdiqləyib. Bu vəsait ölkədə enerji sektorunun qarşılaşdığı çətinliklər fonunda elektrik təchizatının bərpasına və enerjiyə çıxışın yaxşılaşdırılmasına dəstək məqsədi daşıyır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru