Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan

26-06-2025, 17:38           
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı müzakirələr aparılır - Ərdoğan
Türkiyə "F-35"lərdən vaz keçməyib, layihəyə qayıdışla bağlı aidiyyəti üzrə görüşləri davam etdirir.

Report"un "Anadolu" agentliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO sammitinin keçirildiyi Haaqadan qayıdarkən jurnalistlərə açıqlamasında deyib.

Türkiyə Prezidenti vurğulayıb ki, "F-35" proqramı texniki olduğu qədər siyasi bir prosesdir:

"Biz "F-35"lərdən vaz keçməmişik. Layihəyə qayıdış ilə əlaqədar müzakirələr aparırıq.Türkiyə haqsız yerə proqramdan kənarlaşdırılıb. Müttəfiqlik ruhu ilə uyğun gəlməyən bu addımı həmişə tənqid etmişik. Donald Trampla görüşlərimizdə məsələni müzakirə etdik və texniki səviyyədə danışıqlara başlandı. İnşallah, irəliləyiş əldə edəcəyik".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru