Kadırov anası üçün Kəbə qapısını açdırdı - VİDEO

23-07-2015, 12:32           
Kadırov anası üçün Kəbə qapısını açdırdı - VİDEO
Çeçenistan lideri Ramzan Kadırov və anası Aymani xanım Kəbəni ziyarət ediblər.

ANS PRESS-in məlumatına görə, bu barədə çeçen lider öz bloqunda bildirib.

Yaxınları ilə birlikdə Məkkəni ziyarət edən Ramzan Kadırovun anası üçün xüsusi olaraq Məscidül-Həramın daxili həyətində yerləşən Kəbənin qapıları açılıb. İslam aləminin əsas ziyarətgahı olan Kəbənin qapıları Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saudun əmri ilə açılıb.

Aymani Kadırova və qohumları

“Uca Allahın lütfü ilə Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saud oğlu, müdafiə naziri, varis şahzadənin müavini Məhəmməd ben Salmanın vasitəsi ilə çatdırdığımız xahişmizi yerinə yetirdi. Mən nazirdən xahiş etmişdim ki, kraldan əziz anam Aymani xanım üçün Müqəddəs Kəbənin qapısının plandan kənar açılmasını xahiş etsin”,- deyə Kadırov vurğulayıb.

Aymani Kadırova Kəbəyə daxil olandan sonra göz yaşlarını saxlaya bilməyib.

Aymani Kadırova Kəbədə

Aymani və Ramzan Kadırovlarla yanaşı Kəbəni çeçen liderin bacısı, arvadı və qızı, həmçinin çeçen parlamentinin başçısı Maqomed Daudov, deputat Adam Delimxanov, müfti Salah-Hacı Mejiyev və başqaları ziyarət ediblər.

Ramzan Kadırov Səudiyyə rəsmiləri ilə

Kadırov həm də Səudiyyənin müdafiə, xariici işlər və mədəniyyət nazirləri, həmçinin təhlükəsizlik xidmətinin başçısı ilə görüşüb. Kadırov Səudiyyə Ərəbistanının kralı Salman ibn Əbdül-Əziz əl Saudun Rusiyaya səfəri barədə razılıq əldə edib.
[media=https://www.youtube.com/watch?v=NyCznPqBNQQ]













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.