Borc içində üzən ölkələr - SİYAHI

14-04-2015, 12:10           
Borc içində üzən ölkələr - SİYAHI
Tanınmış konsaltinq şirkəti "McKinsey & Company" dünyanın inkişaf etmiş və inkişaf etməkdə olan 47 ölkəsinin borc siyahısını tərtib edib.

AzVision.az xəbər verir ki, ölkələrin siyahısı onların xarici dövlət borclarının ümumdaxili məhsula (ÜDM) nisbətinə əsasən tərtib edilib.

Siyahıda birinci yeri Yaponiya tutur ki, onun xarici dövlət borcunun milli gəlirə nisbəti 400% təşkil edir. Digər ölkələrin siyahısı isə belədir:

İrlandiya - borc/ÜDM – 390%

Sinqapur – borc/ÜDM – 382%

Portuqaliya – borc/ÜDM – 358%

Belçika – borc/ÜDM – 327%

Hollandiya – borc/ÜDM – 325%

Yunanıstan – borc/ÜDM – 317%

İspaniya – borc/ÜDM – 313%

Danimarka – borc/ÜDM – 302%

İsveç – borc/ÜDM – 290%

Fransa – borc/ÜDM – 280%

İtaliya – borc/ÜDM – 259%

İngiltərə - borc/ÜDM – 252%

Norveç – borc/ÜDM – 244%

Finlandiya – borc/ÜDM – 238%

ABŞ – borc/ÜDM - 233%

Cənubi Koreya – borc/ÜDM- 231%

Macarıstan – borc/ÜDM – 225%

Avstriya – borc/ÜDM – 225%

Malaziya – borc/ÜDM – 222%

Qeyd edək ki, Türkiyə siyahıda 38-ci yerdədir. Onun xarici dövlət borcunun ÜDM-ə nisbəti 104%-dir.

Azərbaycan isə 47 ölkənin yer aldığı siyahıya daxil edilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru