Gürcüstan paytaxtı Tiflisdəki Sandro Euli küçəsindəki binada partlayış olub. "Report" xəbər verir ki, binada təmir işləri aparılan zaman qaz balonu partlayıb, bir nəfər ölüb. Bina əvvəl Kibernetika İnstitutuna məxsus olub və hazırda başqa məqsədlər üçün istifadə olunur. Hadisə yerində çəkiliş aparılmasına icazə verilməyib.