İlk dəfə insan beyni internetə qoşuldu – Sensasiya

16-09-2017, 22:12           

“Brainternet” layihəsi birbaşa yayım rejimində elektroensefaloqramın köməyi ilə insanın beyin fəallığı haqqında məlumatları şəbəkəyə çıxarır. İstifadəçi başına “Emotiv EEG” adlı qurğunu taxır. Qurğu “Raspberry Pi” mikrokompüteri vasitəsilə beyin dalğalarını tətbiqi proqram interfeysinə çevirir və onu portalda yerləşdirir. Burada hər kəs təcrübi fərdi beyin fəallığına baxa bilər.
“Brainternet” açıq portalı informasiya texnologiyaları mütəxəssisi Adam Pantanoviç tərəfindən yaradılıb. O, layihənin insan beyninin fəaliyyətinin dərk edilməsinin sadələşdirilməsi, həmçinin texnologiyaların inkişafına kömək edəcək məlumat bazasının yaradılması üçün nəzərdə tutulduğunu deyib.
Müəllifin sözlərinə görə, “Brainternet” real vaxt rejimində beyinin fəaliyyətini açıq şəkildə izləməyə imkan verən ilk layihədir. (axar.az)












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru