Corciya ştatında polis tələbəni güllələyib

18-09-2017, 09:54           
Corciya ştatında polis tələbəni güllələyib
BŞ-ın Corciya ştatında 21 yaşlı tələbə Skaut Şults əlindəki bıçağı yerə atmaqdan imtina etdiyinə görə polis tərəfindən güllələnib.
"Report" xəbər verir ki, bu barədə "CNN" məlumat yayıb.
Məlumatda qeyd olunur ki, Atlanta şəhər polisinə Corciyanın Texnologiya İnstitutunun şəhərciyi ərazisində silahlı gəncin olması barədə məlumat daxil olub. Hadisə yerinə gələn polis əlində bıçaq olan tələbəni aşkarlayıb.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Şultsdan bıçağı yerə atmağı tələb ediblər. Lakin tələbə onlara tərəf hərəkət edib. Polis bir neçə xəbərdarlıqdan sonra tələbəni güllələyib.
Xəsarət almış Şults xəstəxanada ölüb. Ştatın Təhqiqat Bürosu faktla bağlı araşdırma aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru