Səudiyyə kralının sarayının atəşə tutulması nəticəsində ölən və yaralananlar var

8-10-2017, 11:41           
Səudiyyə kralının sarayının atəşə tutulması nəticəsində ölən və yaralananlar var
Səudiyyə Ərəbistanı kralının Ciddə şəhərindəki sarayının qarşısındakı postun atəşə tutulması nəticəsində iki mühafizəçi həlak olub, daha üçü yaralanıb.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, cavab atəşi ilə hücum edən şəxs öldürüb.

İnsident oktyabrın 7-də səhər saatlarında baş verib. Hücum edən şəxsin 28 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı olduğu bildirilir. Onun avtomobilindən “Kalaşnikov” tipli avtomat və üç alışdırıcı qumbara aşkarlanıb.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı kralı hazırda Rusiyada səfərdədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru