ABŞ-ın Aleut adalarında 6,5 bal gücündə zəlzələ olub
9-10-2017, 08:27
ABŞ-ın Aleut adaları yaxınlığında 6,5 bal gücündə zəlzələ baş verib.
APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, yeraltı təkanların episentri Sakit okean akvatoriyasında, ocağı 103 km dərinlikdə yerləşib.
Dağıntılar və xəsarət alanlar barədə xəbər verilmir.