ABŞ-ın səbri tükənir: Türkiyə və Səudiyyə...

9-10-2017, 10:50           
ABŞ-ın səbri tükənir: Türkiyə və Səudiyyə...
ABŞ-ın müttəfiqlərinin silah arsenalını artırması rəsmi Vaşinqtonu narahat edən məsələlərdəndir.

Axar.az xəbər verir ki, bu sözləri Rusiyanın Strateji və Texnoloji Analitika Mərkəzinin rəhbər müavini Konstantin Makiyenko Türkiyə və Səudiyyə Ərəbistanının S-400 raket sistemi ilə bağlı həmlələrini şərh edərkən deyib.

“Əlbəttə, amerikalıların bundan xoşu gəlmir. Onlar ənənəvi olaraq Rusiyanın bütün silah müqavilələrini pozmağa çalışırlar. 1994-cü ildə MİQ təyyarələrinin Malaziyaya satılmasının qarşısını almaq üçün çalışdılar. O tarixdən bəri hədəfləri budur. Həm Ankaranın, həm də Ər-Riyadın S-400 sistemlərini alması onların Rusiyaya olan hörmət və ehtiramının göstəricisidir”, - ekspert bildirib.

Qeyd edək ki, Səudiyyə Ərəbistanı və Türkiyə hökumətləri Rusiyadan S-400-ün alışı ilə bağlı ilkin razılığa gəliblər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru